Bayram günlərində 2 ailə zəhərlənib

Bayram günlərində 2 ailə zəhərlənib
11:54 27 Mart 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Bayram günlərində iki ailədə zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayev Lent.az-a açıqlamasında deyib ki, martın 18-dən 26-dək bayram günləri ərzində 2 zəhərlənmə hadisəsi baş verib.

 

N. Feyzullayevin sözlərinə görə, hər iki hadisə Sabunçu rayonunda qeydə alınıb: “Zəhərlənmələr zamanı 6 nəfər zərər çəkib”.

 

Şöbə  müdiri qeyd edib ki, bayram günlərində botulizm hadisələri Ağstafa və Ağcabədi  rayonlarında qeydə alınıb ki, bu hadisələr zamanı 2 nəfər zərər çəkib: “Müalicələri davam etdirilir.  Hər iki botulizm halı evdə hazırlanmış pomidor turşusundan olub


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR