Azərbaycanlı müğənni: "..onu boşadı, məni aldı, yan!" - QALMAQAL

Azərbaycanlı müğənni: "..onu boşadı, məni aldı, yan!" - QALMAQAL
12:19 27 Mart 2017
210 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Afət Fərmanqızı ikinci dəfə ərə gedib. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, müğənni özündən yaşca kiçik olan həmkarı Seyran Əliyevlə ailə qurub. Həyat yoldaşı ilə fotolarını sosial şəbəkədə paylaşan A.Fərmanqızının ünvanına təhqirlər yazılıb. 

Bir çoxları Seyranın ailəsini ifaçının dağıtdığını qeyd edib. Müğənni ona yazılan “Yuvayıxan”  sözlərinə “Seyran mənim ərimdir. Arvadını bir ildir boşayıb, indi məni alıb. Deməli, mən ona layiqəm” cavabını verib. 

Əldə etdiyimiz məlumata görə, Afət və Seyran uzun müddət sevgili olublar. Daha sonra onlar ayrılıb, bir müddət əvvəl isə yenidən barışıblar. Hazırda cütlük bir evdə yaşayır. 

S.Əliyevin ilk ailəsindən iki övladı var. Afətində bir oğlu var və universitetdə ikinci kursda təhsil alır.
 
Cütlük ikisinin adına açılan İnstaqram səhifələrini bir neçə gün əvvəl bağlayıblar.

A.Fərmanqızı və S.Əliyev məclislərə də birlikdə gedirlər.

 

 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR