Hicablı qadınlar əl-ələ verdilər - FOTO

Hicablı qadınlar əl-ələ verdilər - FOTO
12:37 27 Mart 2017
144 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünən Londonun mərkəzində, parlament binasının qarşısındakı Vetsminster körpüsündə bir qrup müsəlman qadın aksiya keçirib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, onlar ötən həftənin çərşənbə günü törədilmiş qanlı terror aktının qurbanlarına dəstək və həmrəy olduqlarını bildirərək ələ-ələ tutublar.

Hicablı müsəlman qadınlara daha sonra Londondakı Qadın Marşının üzvləri qoşulublar.

Çərşənbə günü terrorçu Xalid Məsud maşını ilə parlament binasına tərəf hərəkət edərək qarşısına çıxan hər kəsi vurub. Onun qarşısını polis zabiti Keyt Palmer kəsib. Teraktda K.Palmer yaralanaraq həlak olub. Məşum teraktda 4 nəfər həlak olmuş, 29 nəfər yaralanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR