Məşhur müğənnidən yasaq: "Oğlum satışa çıxarılmır" - FOTO

Məşhur müğənnidən yasaq: "Oğlum satışa çıxarılmır" - FOTO
12:42 27 Mart 2017
155 Maraqlı
Ölkə mətbuatı
A- A+

Övladımızı biznes obyektinə döndərmək niyyətində deyilik. Oğlum satışa çıxarılmır.

Britaniyanın ən məşhur müğənnilərindən biri, 33 yaşlı Şeril Koul dünyaya gətirdiyi övladını media üçün "qapalı" elan edib. Müğənni oğlunun fotolarının dərcini də yasaqlayıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 33 yaşlı Şeril Koulun qərarını onun əri, 23 yaşlı Liam Peyn də dəstəkləyib.

Onların birgə bəyanatında bildirilir ki, oğullarının fotolarını kütləvi informasiya vasitələrinə təqdim etmək, yaymaq və paylaşmaq niyyətində deyillər.

Britaniya və ABŞ-ın məşhur qəzetləri, jurnalları və saytları ailəyə uşağın fotosu üçün böyük məbləğdə pullar təklif ediblər.

"Şəxsi həyatın toxunulmazlığı bizim üçün hər şeydən üstün olduğu üçün bu təklifləri rədd etdik", - Şeril Koul deyib.

Şeril Koul ötən həftənin şənbə günü ana olub. Oğlana Alfi adı qoyulub.

Şeril Koul 2012-ci ildə ilk əri, futbolçu Eşli Kouldan boşanıb. O, 2014-cü ildə fransız Jan-Bernar Fernandes-Versini ilə ailə qurmuşdu. Bu nikah 2016-cı ilin oktyabrında bitib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR