Dünən səhər saat 05:00-da Türkiyə xüsusi təyinatlıları
Tunceli vilayətində PKK-ya qarşı əməliyyata keçirib.
Publika.az xəbər verir ki, xüsusi təyinatlı qrup PKK
terrorçularını Kutu Dərəsi vadisində mühasirəyə alıb. Terrorçulara
“təslim ol” çağırışı edilsə də, buna əməl etməyiblər. Əməliyyat
nəticəsində 14 terrorçu məhv edilib.
Məhv edilən terrorçuların kimliyini öyrənmək üçün cəsədlər
helikopterlə Malatya Ədliyyə Tibb Qurumuna aparılıb. Öldürülən
terrorçular arasında PKK-nın liderlərindən birinin də olduğu
deyilir.
Uğurlu əməliyyatdan sonra geri qayıdan xüsusi təyinatlılar mehtər
marşı ilə qarşılanıb.
Asif