Abşeronda dostunun evində ölən şəxsin qətlə yetirildiyi məlum olub

Abşeronda dostunun evində ölən şəxsin qətlə yetirildiyi məlum olub
12:58 27 Mart 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda evdən meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 25-də Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR