Xaricdə yaşayan Türkiyə vətəndaşları səs verməyə başladı

Xaricdə yaşayan Türkiyə vətəndaşları səs verməyə başladı
13:05 27 Mart 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə prosesi başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyənin Ali Seçki Şurasına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, ölkə xaricində səsvermə martın 27-dən aprelin 9-dək, sərhəd-keçid məntəqələrində martın 27-dən aprelin 16-dək davam edəcək.

Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır. Onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilər.

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 9-u Bakıdakı səfirlikdə, eləcə də Gəncə və Naxçıvandakı konsulluqlarda səs ver bilərlər. Azərbaycanda 6 mindən çox türk vətəndaşı yaşayır.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-ı keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR