Ticarət mərkəzində eskalator qəzası

Honq-Konqdakı ticarət mərkəzində müştərilər ciddi təhlükə ilə üzləşib.

Metbuat.az-ın məlumatına görə, eskalatorun qəfildən sürətlə geri hərəkət etməsi insanların müvazinətini itirməsinə yol açıb. Yaşanan izdiham zamanı onlarla insan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Uzunluğu 45 metrə çatan eskalator, bu göstəricisinə görə Çində ilk sıradadır. Hadisənin səbəbləri araşdırılır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR