"Qalatasaray"ın prezidenti prokurorluğa çağırıldı - HAKAN ŞÜKÜR QALMAQALI

"Qalatasaray"ın prezidenti prokurorluğa çağırıldı - HAKAN ŞÜKÜR QALMAQALI
13:29 27 Mart 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

 

“Qalatasaray” klubu FETÖ təşkilatına üzv olduğu bildirilən keçmiş futbolçu Hakan Şükür və Arif Ərdəmi klub üzvlüyündən xaric edib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, hesabat yığıncağında çoxluğun bu şəxslərin çıxarılmasına qarşı çıxmasını görən rəhbərlik başqa yola əl atıb. Klubun nizamnaməsi əsasında üzvlük haqqını ardıcıl bir neçə il ödəməyən üzvlərin çıxarılması şərtindən yaralanan idarə heyəti ümumilikdə 2750 nəfəri “Qalatasaray” üzvlüyündən kənarlaşdırılıb. Bunların arasında adları yuxarıda qeyd edilən veteran futbolçular da olub.

 

Hakan Şükür dərhal tvitterdən qərara münasibət bildirib və klub üzvlüyündən çıxarılmasının daha sakit şəraitdə həyata keçirilə bilinəcəyini deyib.

 

Qeyd edək ki, hesabat toplantısında Hakan Şükür və Arif Ərdəmə dəstək olanlarla bağlı prokurorluq araşdırmalara başlayıb. Türkiyə prokurorluğu artıq klubun prezidenti Dursun Özbəki məsələ ilə bağlı ifadə verməyə dəvət edib.

 

Onu da qeyd edək ki, məlum məsələ ilə bağlı Türkiyə hökuməti "Qalatasaray" rəhbərliyinə irad bildirmişdi.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR