"YouTube" şirkətinin reklam skandalı ilə bağlı qalmaqallar səngimək bilmir.
Metbuat.az xəbər verir ki, "PepsiCo" və "Wal-Mart" kimi firmalar artıq öz reklamlarını sosial media nəhəngində yerləşdirməyəcəklərini bəyan ediblər. Əsab səbəb isə adıçəkilən firmaların reklamlarının nifrət ifadə edən və şirkətlərin prinsipinə zidd hesab olunan videolara yerləşdirilməsidir.
Eyni zamanda, "Starbucks", "GM" və "FX Networks" şirkətləri də eyni addımı atmağa hazırlaşırlar.
Orxan / Metbuat.az