Azərbaycanda BMT kitabxanası: orada hansı məlumatları əldə etmək olar?

Azərbaycanda BMT kitabxanası: orada hansı məlumatları əldə etmək olar?
13:43 27 Mart 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Ölkənin aparıcı ali təhsil müəssisələrindən birində - Qərb Universitetində Birləşmiş Millətlər Təşkilatının kitabxanası fəaliyyət göstərir.

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, BMT kitabxanasının beynəlxalq təşkilatların müxtəlif nəşrləri ilə zənginləşdirilməsi prosesini ötən dövr ərzində davam etdirib.

Təhsil müəssisəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının Depozitariya Kitabxanası yaradılıb. Bununla da, Qərb Universiteti ölkəmizdən sözügedən kitabxana proqramına daxil edilmiş ilk və yeganə ali təhsil ocağı olub.

Bundan başqa, BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyası, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Əhali Fondu, həmçinin Ümumdünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf Mühit Proqramının birgə beynəlxalq orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin Katiblikləri nəşrlərinin Qərb Universitetinin kitabxanasına töhfə edilməsi barədə müsbət qərar qəbul ediblər və bu təşkilatlardan da ədəbiyyatlar kitabxana fonduna ardıcıl şəkildə daxil olur.

Eyni zamanda, Universitet Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına qoşulub. Sözügedən proqram çərçivəsində ildə iki dəfə ÜƏMT Katibliyi tərəfindən Qərb Universitetinə müxtəlif nəşrlər təqdim olunur.

Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası da oxucuların ixtiyarındadır. Kitabxana paralel olaraq BMT-nin Uşaq Fondu, ÜTT Ümumdünya Ticarət Təşkilatı, İqlim Dəyişiklikləri üzrə Hökümətlərarası Ekspertlər Qrupu, Asiya İnkişaf Bankı, Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı kimi qurumlarla da sıx əməkdaşlıq şəraitində işləyir, onların ədəbiyyatlarını qəbul edir.

Kitabxana fondunda 1000-ə yaxın kitab toplanıb. Kitablar müxtəlif istiqamətləri əhatə edir, onların arasında dərs vəsaitləri ilə yanaşı nadir məlumat topluları da var. Kitabxanada Azərbaycan dilinə tərcümə olunmuş kitablarla yanaşı, bir neçə xarici dildə olan ədəbiyyatların elektron variantından da istifadə etmək mümkündür.(Fondun siyahısı ilə bu linkdə tanış olmaq olar: http://wu.edu.az//uploads/files/UN_Library_final.PDF)

Kitabxana fondu elmi tədqiqat aparan magistr, doktorant və dissertantlar üçün də olduqca əhəmiyyətlidir. Belə ki, burada elmin müxtəlif istiqamətlərinə dair ən son yenilikləri özündə əks etdirən ədəbiyyatlar toplanıb. Kitabxana fondu yalnız Qərb Universitetinin tələbələri üçün deyil, ölkənin istənilən təhsil müəssisəsində təhsil alan tələbə və magistrlar, eləcə də elmi tədqiqatçılar üçün açıqdır.

Fotoda: Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi Qulam İshaqzai Qərb Universitetində yaradılmış BMT Depozitariya Kitabxanasında.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR