Azərbaycan prezidenti İlham Əliyev İlyas Umaxanovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İlyas Maqomed-Salamoviç Umaxanov "Dostluq" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, İ.Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavinidir.
Milli.Az