"BakıKart"ları yükləmək daha da asanlaşdı

"BakıKart"ları yükləmək daha da asanlaşdı
14:17 27 Mart 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

"Komtec" şirkəti ("MilliÖN" ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) "MilliÖN" kartomatlarında yeni seçimi işə salıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu seçim "BakıKart" gediş kartının balansının yüklənməsi əməliyyatını daha da asanlaşdırmağa imkan verəcək.

Qeyd olunub ki, bu, kart sahiblərinin diqqətsizliyi üzündən düzgün həyata keçirilməyən əməliyyatların qarşısının alınması üçün nəzərdə tutulub.

Şirkətdən bildirilib ki, bundan əvvəl istifadəçilər kartı yükləyərkən "Sonra" düyməsini basmadıqları üçün məbləğ balansa keçmirdi. Əvəzində həmin məbləğ kartomata qoyulan növbəti kartın balansına keçə bilərdi. Yeni seçim vasitəsilə bunun qarşısı alınacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR