Bakı Slavyan Universitetinin ətrafı niyə HASARLANIB?

Bakı Slavyan Universitetinin ətrafı niyə HASARLANIB?
14:18 27 Mart 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə ay əvvəl fasadındakı mozaikanın sökülməsi ilə gündəmə gələn Bakı Slavyan Universiteti yenidən təmirə bağlanıb.

Bir müddət əvvəl söküntü işləri aparılan fasadın yenidən təmir üçün hasarlanmasının səbəbi nədir?

Məsələ ilə bağlı universitetin mətbuat xidməti ilə əlaqə saxladıq.

Mətbuat xidmətindən Publika.az-a bildirdilər ki, təmir işləri fasadın sökülməsi ilə bağlı deyil: “Universitetin fasadı sökülməyib. Əksinə yaydan bəri yarım qalan təmir işləri davam etdirilir. Hazırda fasadın yuxarı hissəsi təmir olunur. Ona görə universitetin qabağı əhatəyə alınıb. Tədris ili başladığına görə sentyabrda təmir dayandırılmışdı. İndi isə yenidən davam etdirilir”.

Mozaikanın sökülməsiylə gündəmə gələn universitet yenidən təmirə bağlandı - FOTO/VİDEO

Yenidən təmirə bağlanıb.

Qeyd edək ki, Nurlana Əliyeva rektor təyin ediləndən sonra universitetin giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsiylə bağlı verilən qərar ictimaiyyət arasında etirazla qarşılanmışdı.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/192672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR