Yaponiyada qar uçqunu

Yaponiyanın paytaxtı Tokiodan 120 km məsafədə olan Nasu şəhərində qar uçqunu baş verib.

Metbuat.az bildirir ki, nəticədə, xizəklə gəzintiyə çıxan 8 nəfər həyatını itirib, 30 nəfər isə xəsarət alıb. Həlak olanların şəxsiyyətlərinin aşkar olunması istiqamətində işlər davam etdirilir. Bölgəyə çoxlu sayda xilasedici qruplar cəlb olunub.

Qeyd edək ki, hadisədən əvvəl 7 liseydən 52 şagird və 11 müəllimin bu bölgəyə 3 günlük səfəri təşkil olunub.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR