FETÖ terror təşkilatının lideri Fətullah Gülən ABŞ-dan
qaçır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə
naziri Bəkir Bozdağ açıqlayıb.
Onun sözlərinə görə, Gülənin qaçmağa hazırlaşdığı haqda Türkiyə
kəşfiyyatında ciddi məlumatlar var: “Biz məlumatları ABŞ Ədliyyə
Nazirliyinə təqdim etdik. Məlumatlara görə, Gülən Kanadada böyük
bir ərazi alıb və oraya köçməyə hazırlaşır”.
Bozdağ əlavə edib ki, Donald Tramp ABŞ-da hakimiyyətə gələndən
sonra, Gülən Kanadaya köçmə prosesini sürətləndirib.
“Lakin hara gedirsə getsin, Türkiyə onun həbsi üçün əlindən gələni
edəcək”, - deyə nazir vurğulayıb.
Adalet Bakanı Bozdağ: Ciddi Bilgiler Var,
Gülen... by haberler Asif