Feysbukda iki yeni funksiya - FOTO

Feysbukda iki yeni funksiya - FOTO
14:38 27 Mart 2017
Ölkə mətbuatı
A- A+

Feysbuk canlı yayım funksiyasının sadəcə smartfonlarda deyil, həm də dizüstü və masaüstü kompüterlərdə də istifadə oluna biləcəyini açıqlayıb.

Səhifələr üçün bir müddətdir ki, aktiv olan bu funksiya artıq bütün profillər üçün aktiv edilib. Bununla da istifadəçilər web-kameralar vasitəsilə canlı yayım edə biləcəklər.

Professional istifadəçilər bir neçə əlavə kamera, daha güclü ekran kartı və əlbəttə ki, daha sürətli internet ilə daha keyfiyyətli yayımlar hazırlaya biləcəklər.

Canlı yayım funksiyası birbaşa olaraq feysbukun əsas səhifəsində və istifadəçi profillərində qurulacaq. Bununla da kompüterlərdən canlı yayım etmək, şəkil və status paylaşmaq qədər asan olacaq. Kompüterləriniz vasitəsilə etdiyiniz yayımlar dostlarınızın əsas səhifəsində eynilə smartfonlardakı kimi görünəcək.

Bundan başqa, feysbuk şərhlərə GIF animasiyalarının əlavə olunması funksiyasını test edir. “Biz bilirik ki, istifadəçilər, GIF animasiyaları, şərhlərdə istifadə etmək istəyirlər. Məhz buna görə, biz bu funksiyanı test etməyə başlamışıq. Qeyd etmək istəyirik ki, bu, hələ ki, testdir”, - deyə sosial şəbəkənin təmsilçiləri bildiriblər.

Məlumata əsasən, şərhlərdəki GIF düyməsi ilk öncə bir sıra istifadəçilər üçün aktiv olacaq. Şirkət bildirib ki, əgər bu funksiya məşhurlaşsa, onda bütün istifadəçilər üçün aktiv olacaq.

Şərhlərdə olacaq GIF düyməsi, messencerdəki GIF düyməsinin çalışdığı kimi çalışacaq. Beləliklə, istifadəçilər şərhlərdə təqdim olunacaq GIF animasiyaları yerləşdirə və ya istədikləri digər GIF animasiyaları axtara biləcəklər.(technote.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/192676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR