Türkiyəli ixracatçılar Azərbaycana səfər edəcəklər

Türkiyəli ixracatçılar Azərbaycana səfər edəcəklər
15:12 27 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Türkiyənin İxracatçılar Assosiasiyasının nümayəndə heyəti 2-6 may tarixlərində Azərbaycana və Gürcüstana səfər edəcəklər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Assosiasiyanın rəhbəri Əhməd Həmdi Gürdoğan deyib.

Onun sözlərinə görə, səfər ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə reallaşdırılır: "Son illərdə Türkiyənin Azərbaycan və Gürcüstanla ticarət əlaqələri artsa da, bu hələ də istənilən səviyyədə deyil. 2016-cı ildə Türkiyənin şərqi Qara dəniz regionu üzrə ixracatının 13 faizi Gürcüstanın və yalnız 1,7 faizi Azərbaycanın payına düşüb. Bu göstərici regionun real potensialını əks etdirmir".

Assosiasiyanın rəhbəri bildirib ki, nümayəndə heyətinin səfəri çərçivəsində sahibkarların ikitərəfli görüşləri keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/529401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR