DİM-dən abituriyentlərə tövsiyə: bir sınaq imtahanına yazılın

DİM-dən abituriyentlərə tövsiyə: bir sınaq imtahanına yazılın
15:18 27 Mart 2017
180 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 14:00-a olan məlumata görə pulsuz onlayn sınaq imtahanında iştirak üçün respublikanın bütün şəhər və rayonları üzrə 33922 nəfər qeydiyyatdan keçib. 19000-dən artıq istifadəçi isə ödənişsiz elektron sınaq imtahanında iştirak edib.

Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, ödənişsiz elektron sınaq imtahanlarının keçirilməsi gündə 3 dəfə olmaqla martın 31-dək davam edəcək.

İmtahanlarda eyni test tapşırıqlarından istifadə olunur. Ona görə də iştirakçılara özlərinə uyğun tarix və saatı seçməklə bir sınaq imtahanına yazılmaq tövsiyə olunur. Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.

Qeyd edək ki, onlayn sınaq imtahanları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə keçirilir.

Aprelin 1-dən 9-dək gündə 4 dəfə olmaqla ödənişli elektron sınaq imtahanları keçiriləcək. Bu gündən etibarən ödənişli elektron sınaq imtahanlarında iştirak üçün abituriyentlərin qeydiyyatı başlayıb. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak haqqı 10 manatdır.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/192680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR