Quba-Qusar yolundakı qəzada ölənlərin KİMLİYİ BİLİNDİ - YENİLƏNİB

Quba-Qusar yolundakı qəzada ölənlərin KİMLİYİ BİLİNDİ - YENİLƏNİB
16:42 27 Mart 2017
300 Ölkə
Ölkə mətbuatı
A- A+

16:37

Quba-Qusar yolunun 7-ci km-də baş verən qəzada həyatını itirənlərin kimliyi aydın olub.

Milli.Az istipress-ə istinadən bildirir ki, ölənlərin biri VAZ 2107-nin sürücüsü, Quba şəhər sakini Novruz Baloğlan oğlu Vahidi və sərnişin, 33 yaşlı Quba şəhər sakini Ruslan Mirzəbala oğlu Şahmirzəyevdir. Qəzada 4 nəfər yaralanıb. Onlar Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Mübariz Zeynalovun verdiyi məlumata görə, onlardan biri ağır olduğundan reanimasiyaya, üçü isə cərrahiyyə şöbəsindədir.

Ağır qəzanın baş vermə səbəbi araşdırılır. 

16:01

Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.  

40 BN 070 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir.
 
İlkin məlumata görə, onların hər ikisi "VAZ 2107"-də olan şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/529463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR