Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 115 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və 2 otağının qapısı yanıb.

Yüksək temperaturdan 16 kvadratmetr sahədə dəhlizin divarları qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR