"DÇ yollanmaq şansımız çox azdı" - Lars Laqerbek

"DÇ yollanmaq şansımız çox azdı"  - Lars Laqerbek
16:57 27 Mart 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

“Şimali İrlandiya qələbəni oyunuyla haqq etdi. Britaniyalılat qrupdakı mübarizəni ikinci yerdə bitirməyə daha yaxındı”. Fanat.Az xəbər verir ki, bu sözləri Norveç yığmasının isveçli baş məşqçisi Lars Laqerbek deyib.


 

DÇ-2018-in seçmə mərhələsində Norveç dünən səfərdə Şimali İrlandiyaya 0:2 hesabıyla yenilib. “Vikinqlər”in çalışdırıcısı oyunu dəyərləndirib: “Birinci yarıda pis oynadıq. Məhz buna görə fasiləyədək 2 qol “yedik”. İkinci hissədə isə pis görünmürdük”.  

 

68 yaşlı mütəxəssis mundiala yollanmaq şanslarının az olduğunu qabardıb: “Dünya çempionatına qatılmaq şansımız çox azdı. İndiki məqamda realist olmalıyıq. Mövqeyimiz göz qabağındadı”.

 


Qeyd edək ki, 5 oyuna 3 xal yığan Norveç millimizin də yer aldığı C qrupunda 5-ci pillədədi.

 

 

Fanat.Az

 

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdc-yollanmaq-ansmz-cox-azdquot-t57155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR