"Şəxsən mən gecə yatmamışdım"

"Şəxsən mən gecə yatmamışdım"
17:07 27 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

“Böyükhesablı qələbə mənim üçün sürpriz olmadı. Bu nəticəni gözləyirdim”. Fanat.Az xəbər verir ki, bu sözləri Çexiya yığmasının kapitanı Tomaş Sivok deyib.


 

DÇ-2018-in seçmə mərhələsində Çexiya dünən millimizin də yer aldığı C qrupunun autsayderi San-Marinonu 6:0 hesablıyla yenib. Bu darmadağın sayəsində çexlər yığmamızı geridə qoyaraq, 3-cü pilləyə qalxıb.

 

Oyunun ardından Sivok ölkəsinin mətbuatına danışıb: “ Minimal hesablı qələbə qazansaydıq, tənqid olunacaqdıq. Almaniya San-Marinonu 8:0 hesabıyla udmuşdu. Ancaq biz onların Norveçə qarşı ortaya qoyduğu mübarizəni də izləmişdik. 75-ci dəqiqəyə qədər hesab bərabər idi - 1:1. Buna görə də, həyəcanlı idik. Çəxsən mən gecə yatmamışdım. Rəqibi qiymətləndirməyə bilməzdik. İlk dəqiqələrdən qələbəyə köklənmişdik. 4 qol vurduqdan sonra da Yarolim yenə tapşırıqlarını verirdi. Belə matçlarda erkən qol vurmaq önəmlidi. Əgər bunu bacarmasanız, hətta ikinci divizion komandası sizə qalib gələ bilər. Hesabı açdıqdan az sonra ikinci qolu vurduq. Fasilədən sonra ilk hissədəki kimi oynamamağımız psixoloji durumla bağlıdı. 5:0 hesabı ilə öndə olduğunu biləndə döyüşmək istəmirsən. Düşünürəm ki, bu nəticə növbəti oyunlardan əvvəl komandaya faydalı olacaq”.

 

 

Fanat.Az

 

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxsn-mn-gec-yatmamdmquot-t57156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR