Mario Qomez: "Azərbaycanlı futbolçular meydanın hər qarışında mübarizə aparırdılar"

Mario Qomez: "Azərbaycanlı futbolçular meydanın hər qarışında mübarizə aparırdılar"
17:12 27 Mart 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına 4:1 hesabı ilə qalib gələn Almaniya millisinin hücumçusu Mario Qomez oyundan sonra açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ölkəsinin mətbuatına danışan təcrübəli futbolçu vurduğu qola sevindiyini bildirib: "Mən "Wolfsburg"da özümü yeni-yeni yaxşı hiss edirəm. Bir az da uğur qazanmaq üçün cəhd etmək lazımdır. Bakıda vurduğum qol mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu qola həddən çox sevindim. Məqsədim daha da inkişaf etməkdir".

Qomes böyük hesabla məğlub etdikləri Azərbaycan millisi heç də zəif rəqib saymır: "Onlar meydanın hər qarışında mübarizə aparırdılar. 3 xal qazandığımız üçün şadam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR