Amerika açıqladı: Qarabağ üzrə üç hissədən ibarət plan var

Amerika açıqladı: Qarabağ üzrə üç hissədən ibarət plan var
17:48 27 Mart 2017
174 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlarda bir neçə ağıllı plan var və tərəflər bu planlar ətrafında danışıqlar aparmalı, həll yolunu tapmalıdır”.

Publika.az
xəbər verir ki, bu barədə martın 27-də jurnalistlərlə görüşən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, masadakı planların son planlar olmaması mümkündür.

Amerikalı həmsədr “Lavrov planı”nın mövcudluğu ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, həmsədrlər belə terminlərdən istifadə etmir.

“Plan var: bu üç hissədən ibarətdir, lakin indi detallardan danışmaq yersizdir. Tərəflər bu planın üzərində işləyir”, - deyə o vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR