​Dolları olanlar aprel ayını gözləsin

Mart ayının sonu, xüsusilə də bayram günlərində dolların bahalaşması gözlənilsə də, məzənnə dolları olanların üzünü güldürmədi. Dolların məzənnəsi stabil, hətta bəzi günlərdə ucuzlaşma ilə müşahidə edildi.

İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirdi ki, aprel ayında dollara tələbin artacağı gözlənilir:

“Hələlik məzənnənin ciddi dəyişilməsindən söhbət gedə bilməz. Proqnozlaşdırıldığı kimi, aprel ayında dollara tələbin artması gözlənilir. Dollara tələbin artması birbaşa büdcənin infrastruktur xərclərinin armasına gətirib çıxaracaq. Əgər infrastruktur xərcləri artacaqsa, bu istiqamətdə vəsait ayrılacaqsa, nəticədə dövriyyədə manat olacaq. Bu da dollara tələbi artıracaq. Manatın büdcəsi hərraclar vasitəsilə Mərkəzi Bank tərəfindən yığılır. Dövriyyədə manat azlığı olduğuna görə, bu da sözsüz dollara tələbi azaldır. Amma büdcə ayrılmaları olarsa, Mərkəzi Bank hərraclar vasitəsilə manatın dövriyyədən çıxarılma prosesini dayandırsa, yəni, manat qıtlığı aradan qaldırılarsa, yenidən dollara tələb artacaq. Bu baxımdan, aprel ayında dövlət büdcəsindən xərcləmələr, infrastruktur və investisiya xərcləmələri artarsa, nəticədə dollara olan tələbi artıracaq. İdxalın da müəyyən qədər stabil olduğunu nəzərə alsaq, hələlik dollara olan tələbə təsir göstərə bilən əsas faktor büdcə xərcləmələridir. Büdcə xərcləmələrinin artacağı halda dollara olan tələbin artcağı proqnozlaşdırılır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR