"Qarabağ" "Neftçi"dən daha bir futbolçu istəyir - ÖZƏL

"Qarabağ" "Neftçi"dən daha bir futbolçu istəyir  - ÖZƏL
17:57 27 Mart 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin çex futbolçusu Zdenek Folprexti rənglərinə bağlamaq istəyən “Qarabağ” “ağ-qaralar”ın daha bir futbolçusuyla maraqlanır. Fanat.Az-a verilən məlumata görə, növbəti çempionluğu hədəfləyən Qurban Qurbanov Folprextin həmyerlisi Pavel Dreskanın transferini də götür-qoy edir.


 

“Neftçi”yə  Çexiya “Siqma”sından gələn müdafiəçi mövsümün qalan oyunlarında özünü yaxşı tərəfdən göstərəcəyi halda, avrokuboklar ərəfəsində Ağdam klubuna keçə bilər. Hərçənd, bakılıların mayda Dreskayla bağlı verəcəyi qərar da şərtdi. “Flaqman” Avroliqaya vəsiqə qazanacağı təqdirdə, keçidi reallaşdırmaq problemə çevriləcək.

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-quotneftciquotdn-daha-bir-futbolcu-istyir-t57160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR