Küçədə tanış olduğu qızı evə dəvət etdi və...

Türkiyənin Təkirdağ əyalətində dəhşətli hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, ofisiant kimi xidmət göstərən 18 yaşlı Mustafa adlı şəxs küçədə tanış olduğu Aysun adlı xanımı evinə dəvət edib. Mənzildə naməlum səbəbdən tərəflər arasında gərginlik baş verib. Nəticədə Mustafa qıza 15 bıçaq zərbəsi vurub.

Hadisəni törədən şəxs polisə təslim olub. Gənc ifadəsində bildirib ki, qız ona bıçaqla hədə qorxu gəlib. Aysunun əlindən soyuq silahı almağı bacaran Mustafa, ona bıçaq zərbələri endirib. Səhhəti ağır olan qız hazırda reanimasiya şöbəsindədir. Faktla bağlı cinayət işi açılıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR