"Bakıya ən yaxşı formada yollanmalıyıq"

"Bakıya ən yaxşı formada yollanmalıyıq"
18:05 27 Mart 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

"Oyundan-oyuna bizdə hər şey əla alınır. Norveçlə matçı yüksək səviyyədə keçirdik və layiqli qələbə qazandıq".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

DÇ-2018-in seçmə mərhələsində Norveç üzərində 2:0 hesablı qələbə qazanan britaniyalılar xallarının sayını 10-a çatdırıblar və 2-ci pillədəki mövqelərini bir qədər möhkəmlədiblər.

Şimali İrlandiya qrupda növbəti görüşünü iyunun 10-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək. Onil yerli mətbuata açıqlamasında daha bir qələbə ilə yığmamızı ikincilik uğrunda yarışdan uzaqlaşdırmaq niyyətində olduqlarını söyləyib: "Norveç üzərində qalibiyyət sayəsində onlardan xeyli uzaqlaşdıq. Turnir cədvəlinə nəzər yetirdikdə hazırda əla vəziyyətdə olduğumuzu deyə bilərəm. Əsas rəqiblərimiz sayılan Azərbaycan, Norveç və Çexiyadan 7 xal almışıq. Qarşıda bizi daha bir çətin oyun gözləyir. Azərbaycanı səfərdə məğlub edə bilsək, onlardan da 6 xal uzaqlaşmış olacağıq. Bunu bacarsaq, Çexiya və Almaniya ilə ağır rəqabətə girəcəyik. Bakıdakı qarşılaşma çox çətin olacaq. Təbii ki, ora ən yaxşı formada yollanmalıyıq".

Qeyd edək ki, Şimali İrlandiya IV tur çərçivəsində Belfastda keçirilən matçda yığmamızı 4:0 hesabı ilə məğlub edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR