"Həmsədrlər xəbər daşımaqla məşğuldurlar"

"Həmsədrlər xəbər daşımaqla məşğuldurlar"
18:05 27 Mart 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

"ATƏT-in Minsk qrupu həmsədrləri bu gün İrəvanda rəsmi görüşlər keçiriblər. Həmsədrlər Ermənistan prezidentini və xarici işlər nazirini Bakıdakı görüşlərinin nəticələri barədə məlumatlandırıblar. Elə bil ki, bu həmsədrlər münaqişənin həlli ilə deyil, ordan bura, burdan ora xəbər daşımaqla məşğuldurlar".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Milli.Az-a bildirib.

Politoloqun fikrincə, həmsədrlərin qısa zaman kəsiyində Bakıya və İrəvana səfərlərinin yeganə məqsədi aprel ayının sakit keçməsinə nail olmaqdır: "Çünki rəsmi İrəvan kimi həmsədrlər də düşünür ki, aprel döyüşlərinin bir illiyində Azərbaycan Ordusu yenidən hərbi əməliyyat həyata keçirə bilər. Ancaq həmsədrlər savaş təhlükəsindən əvvəl aprelin 2-də Ermənistanda parlament seçkisinin nəticələri ilə tanış olmalıdırlar. "Ermənistanda seçki günü və sonrası nə baş verəcək?" sualı "Apreldə cəbhə bölgəsində yenidən toqquşmalar olacaqmı?" sualı qədər aktualdır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/529506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR