Xanım İsmayılqızı xəstəxanaları tənqid etdi: "Allah sizə insaf versin"

Xanım İsmayılqızı xəstəxanaları tənqid etdi: "Allah sizə insaf versin"
18:12 27 Mart 2017
213 Şou
Ölkə mətbuatı
A- A+

"Allah heç kimi xəstəxanalıq etməsin. Bizim "şəfa verən" həkimlərimiz, hər mənada can almağı da bacarırlar..."

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri şairə, bəstəkar Xanım İsmayılqızı sosial şəbəkədə yazıb. 

O, həkimlərdən gileylənib:

"Bilmirsən ki, dərdinə kor olub, içindəki yanğıyla əlin xəstənin və öz ürəyinin üstündə olsun, yoxsa ki, cibində... Allah sizə insaf versin - sağlamlığımızın keşiyində duranlar... Ağlınız işləyən kimi ürəyiniz də işləsin. Təki yolunuz oralara düşməsin, amma bir həqiqəti anladım ki, üstü bəzək, altı təzək olan, adamları hər mənada şoka salan özəl, təmtəraqlı, yaraşıqlı xəstəxanalardan uzaq durun. Yalançı vədlərlə, gərginlik yaratmaqla yalnız qazancını düşünən və hər bir xəstəyə müştəri gözü ilə baxan həkimlərimiz var. Sizin qiyamətiniz Allaha qalıb. Yenə də nə varsa, dövlət xəstəxanalarında var. Şərait qənaətbəxş olmasa da, insaf alababatdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/529424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR