"Bu futbolumuzun nüfuzuna zərbədi" - "Qarabağ"ın müdafiəçisi

"Bu futbolumuzun nüfuzuna zərbədi"  - "Qarabağ"ın müdafiəçisi
18:17 27 Mart 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan İtaliya – Albaniya oyunu (2:0) insidentlə yadda qalıb. Fanat.Az xəbər verir ki, Belə ki, alban fanatlar meydana yanan maddələr atıb.

 

 

Belədə hakim oyunu dayandırmaq məcburiyyətində qalıb. Albaniya yığmasının futbolçuları azğınlaşmış azarkeşləri sakitləşdirdirib və görüş davam etdirilib.

 

“Qarabağ”ın və Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli insidentlə bağlı ölkəsinin mətbuatına danışıb: “Vəziyyət çox ciddiydi. Oxşar duruma düşmüsənsə, hakimlə ehtiyatlı danışmalısan. Əks halda bu, komandaya baha başa gələ bilər. Belə vəziyyətin yaranmasına çox üzüldüm. Komanda yoldaşlarım kimi, mən də düşünməzdim ki, AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanıb tarix yazan milli belə halla üzləşəcək. Azarkeşlərin davranışı Albaniya futbolunun beynəlxalq arenadakı nüfuzuna zərbədi”.

 

 


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-futbolumuzun-nufuzuna-zrbdiquot-t57161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR