Ruhlar və şeytanlar yerə enir

İndoneziyanın Bali adasında yaşayan hindular ənənəvi bayramlarını qeyd edirlər.

Metbuat.az-ın məlumatına görə, onlar sabah təşkil olunacaq "Səssizlik bayramı" öncəsi dəniz sahilinə axın edib. Sahildə dualar edən sakinlər, əraziyə qidalar qoyub. İnanca görə, hindular bu üsulla günahlarını yuyur, ruhlarını təmizləyirlər. Yerli dildə "Nyepi" adlanan gündə onlar oruc tutur, dualar edirlər. Rəsmi tədbirdən sonra bütün sakinlər evlərinə sığınır.

Bayram günü onlar küçələrə çıxmır, telefondan istifadə etmir, televizora baxmırlar. Ənənəyə görə, yerli xalq bu yolla adaya enən şər ruhları və şeytanları bölgədə yaşayışın olmadığına inandırmağa çalışırlar.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR