Məşhur boksçu 65 yaşlı Əhmədlə yumruqlaşacaq

Məşhur boksçu 65 yaşlı Əhmədlə yumruqlaşacaq
18:27 27 Mart 2017
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Superağır çəkidə sabiq dünya çempionu, amerikalı Evander Holifild Nigeriyanın Laqos ştatının sabiq qubernatoru Bola Əhməd Tinubu ilə rinqdə qarşılaşacaq.

Milli.Az BoxingScene-a istinadən bildirir ki, 54 yaşlı sabiq çempionla 65 yaşlı siyasətçinin döyüşünün mayın 25-də Laqosda keçirilməsi nəzərdə tutulub. Onlar rinqə xeyriyyə aksiyası çərçivəsində çıxacaqlar. Aksiyanın məqsədi Afrikada bir sıra ağır xəstəliklərə qarşı mübarizənin intensivləşdirilməsidir.

2015-ci ilin mayında Holifild xeyriyyə matçında 68 yaşlı amerikalı siyasətçi Mitt Romniyə qalib gəlmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR