Muzeydən 100 kq qızıl oğurlandı

Muzeydən 100 kq qızıl oğurlandı
18:33 27 Mart 2017
176 Dünya
Ölkə mətbuatı
A- A+

Berlinin "Bode" muzeyindən 100 kq qızıl oğurlandı.

Publika.az xəbər verir ki, oğurlanan qızılın nominal dəyəri 1 milyon dollardı.

Hadisə bu gecə baş verib. Kimliyi bilinməyən şəxslər muzeyin arxa pəncərəsindən içəri daxil olublar.

Eksponatın çəkisini nəzərə alsaq, hadisəni bir neçə nəfərin törətdiyini söyləmək olar.

100 kq-lıq qızılın nominal dəyəri 1 milyon, material qiyməti isə 3.7 milyon dollar olub.

Aralarında olan "Qızıl ağcaqayın yarpağı" adlı sikkə isə "Ginnesin rekordlar kitabı"na salınıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR