"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissədən ibarət plan var" - HƏMSƏDR

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissədən ibarət plan var" - HƏMSƏDR
18:34 27 Mart 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var".
 
APA-nın “armenpress.am”a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. “Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, - deyə həmsədr söyləyib.
 
R. Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır. “Lavrov planı"na dair sualına cavablandıran diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir: “Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR