Azərbaycanlı müğənni özündən kiçik həmkarına ərə getdi: "Arvadını boşadı, məni aldı" - FOTO

Azərbaycanlı müğənni özündən kiçik həmkarına ərə getdi: "Arvadını boşadı, məni aldı" - FOTO
18:52 27 Mart 2017
490 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Afət Fərmanqızı ikinci dəfə ərə gedib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni özündən yaşca kiçik olan həmkarı Seyran Əliyevlə ailə qurub. Həyat yoldaşı ilə fotolarını sosial şəbəkədə paylaşan A.Fərmanqızının ünvanına təhqirlər yazılıb. 

Bir çoxları Seyranın ailəsini ifaçının dağıtdığını qeyd edib. 

Müğənni ona yazılan "Yuvayıxan"  sözlərinə "Seyran mənim ərimdir. Arvadını bir ildir boşayıb, indi məni alıb. Deməli, mən ona layiqəm" cavabını verib. 

Əldə etdiyimiz məlumata görə, Afət və Seyran uzun müddət sevgili olublar. Daha sonra onlar ayrılıb, bir müddət əvvəl isə yenidən barışıblar. Hazırda cütlük bir evdə yaşayır. 

S.Əliyevin ilk ailəsindən iki övladı var. Afətində bir oğlu var və universitetdə ikinci kursda təhsil alır.
 
Cütlük ikisinin adına açılan İnstaqram səhifələrini bir neçə gün əvvəl bağlayıblar.

A.Fərmanqızı və S.Əliyev məclislərə də birlikdə gedirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/529362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR