Qaxda dəhşətli QƏZA: ölən və xəsarət alan var - FOTO/VİDEO

Qaxda dəhşətli QƏZA: ölən və xəsarət alan var - FOTO/VİDEO
18:53 27 Mart 2017
867 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 98-ci kilometrliyində, rayonun Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İsa Cavanşir oğlu Səfərov idarə etdiyi 90-ZX-339 Dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb. Bir-neçə dəfə yuvarlanan avtomobildə olan sərnişin - Qax rayon Zərnə kənd sakini 1994-cü il təvəllüdlü Elnarə Elmir qızı Abdurəhmanova aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində keçinib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.












Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR