Arıqlamaq istədi, öldü - FOTO

Arıqlamaq istədi, öldü - FOTO
19:12 27 Mart 2017
900 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şotlandiyalı Cordan Kou muay-tay (tay boksu) üzrə matç ərəfəsində arıqlamağa çalışarkən vəfat edib.

Milli.Az The Telegraph-a istinadən bildirir ki, 20 yaşlı idmançı tez arıqlamaq üçün geyindiyi "ağırlaşdırılmış kostyum"da məşq edərkən keçinib.

Həkimlərin dediklərinə görə, onun ürəyi dayanıb.

İnsident Tailandın paytaxtı Banqkokda yaşanıb.

Dünən C.Kounun Kambocadan olan muay-tay döyüşçüsü ilə qarşılaşması keçirilməli idi.

Cordan Kou 61 kq çəki dərəcəsində çıxış etmək istəyirdi. Bunun üçün o, 4 gün ərzində 3 kq arıqlamalı idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR