Azərbaycanlı müğənninin solo proqramında qətlə törədildi

Azərbaycanlı müğənninin solo proqramında qətlə törədildi
19:12 27 Mart 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Müğənni Elvin Babazadənin solo proqramı zamanı ölüm hadisəsi baş verib.

Milli.Az-ın APA TV-yə istinadla məlumatına görə, hadisə Nəsimi rayonu, Bül-Bül prospekti, 39F ünvanında yerləşən "Do Re Mi" musiqi klubunda qeydə alınıb.

Klubda olan Telman Məmmədov adlı şəxs dostu ilə yeyib-içərkən onlarla klubun inzibatçısı Fərhad Musayev arasında mübahisə düşüb. Mübahisə kütləvi davaya çevrilib. Fərhad Musayev Telman Məmmədovu yumruqla vurub, zərbənin təsirindən müvazinətini itirən Məmmədov yerə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb. Adı çəkilməyən dostu Telman Məmmədovu evə aparan zaman o yolda keçinib.

Abşeron Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/529542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR