"Azərbaycanın DÇ-yə qatılmağa gücü çatar" - Aleksandr Səmədov

"Azərbaycanın DÇ-yə qatılmağa gücü çatar"  - Aleksandr Səmədov
19:17 27 Mart 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın oyunlarını izləyirəm. Bu tsikldə heç də pis təsir bağışlamırlar”. Fanat.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının və “Spartak”ın Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov deyib.


“Sovetskiy sport”a geniş müsahibə verən Səmədov rus jurnalistin millimiz barədə verdiyi sualı da cavablandırıb. Yarımmüdafiəçi yığmamızın DÇ-2018-ə qatılmaq şansının olduğunu vurğulayıb: “Eşitdiyimə görə Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər korpusunun işi yaxşı alınır. Qrupdakı vəziyyətə baxsaq, dünya çempionatına qatılmağa gücləri çatar. Mən belə düşünürəm”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycann-dc-y-qatlmaa-gucu-catarquot-t57164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR