Büllur tabutlarda ərlə arvad tapıldı

Büllur tabutlarda ərlə arvad tapıldı
19:27 27 Mart 2017
178 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çinin Çjouçjou şəhər dairəsindəki Taykan vilayətində inşaat işləri zamanı qədim sərdabə aşkarlanıb.

Milli.Az The South China Morning Post-a istinadən bildirir ki, su borusunun çəkilişi zamanı tapılan sərdabədə mumiyalaşmış iki cəsəd var.

Alimlərin dediklərinə görə, mumiyalaşmış cəsədlər 500 il əvvəl dəfn olunmuş kişi və qadındır. Antropoloqlar hesab edirlər ki, sərdabədə Min sülaləsinin hakimiyyətdə olduğu zaman yaşamış məmur Qu Zuonun nəvəsi və onun arvadı dəfn olunublar.

Mumiyalardakı geyimlər o qədər yaxşı qalıb ki, parçalarda qızıl saplarla tikilmiş naxışları sezmək mümkündür.

Mumiyalar sərdabədə iki büllur tabutdadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR