Bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - 5 GÜN

Bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - 5 GÜN
19:37 27 Mart 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Formula-1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyunun 23-25-də paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.

Milli.Az bildirir ki, Bakı Şəhər Halqasından "APA-Economics"ə verilən məlumata görə, bu gündən etibarən trekin keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir. Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün saat 22:00-dan 06:00-dək baryerlərin quraşdırılması işləri aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində bu ərazidə avtomobillərini park etməmək xahiş olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR