Parisdə, Sena çayının sahilindəki "Şirvan" kafesində...

Parisdə, Sena çayının sahilindəki "Şirvan" kafesində...
19:52 27 Mart 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur fransız şef-aşbaz, "Michelin" restoranının sahibi Əkrəm Benallal İran əsilli britaniyalı maliyyəçi Cavad Mərəndinin dəstəyi ilə Parisdə, Sena çayının sahilində "Shirvan Café Métisse" restoranını açıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, restoranda 90 masa olacaq və orada Şimali Afrika, Şərqi Aralıq dənizi və Xəzər dənizi hövzəsinin mətbəxinin nümunələri təqdim ediləcək. Restoran Azərbaycandan ilhamlanaraq açılıb və layihəni Britaniyada bir sıra uğurlu restoranların, otellərin sahibi olan maliyyəçi Cavad Merəndi tərəfindən maliyyələşdirilib. Restoran Parisin ən prestijli rayonlarından birində yerləşir və Monten avenyu-dəki butiklərə açılır. Restoranın içərisində 70, terrasında 24 yer var. Restoranın interyeri dəbdəbəli mərmər, ağac, latun və dəri ilə işlənib. Restoranın layihəsini Parisdəki "Neopanta" agentliyi hazırlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/529520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR