"16 yaşımda nişanım qayıtdı" - Zülfiyyə

"16 yaşımda nişanım qayıtdı" - Zülfiyyə
19:57 27 Mart 2017
259 Şou
Ölkə mətbuatı
A- A+

"Sevib-sevilməyə vaxtım olmadı. 16 yaşımda elçi gəldilər. Məktəbi yeni bitirmişdim, mənə gülməli gəlirdi. İstəyənim çox olurdu".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Aşıq Zülfiyyə "Bir sevgi tarixçəsi" verilişində deyib. 

İfaçı bir dəfə nişanını qaytardığını söyləyib:

"18 yaşımın tamam olmağın gözlədilər ki, toy etsinlər. Bir dəfə eşitdik ki, guya yoldaşımın ailəsi deyib onu saz çalmağa qoymayacağıq. Atam əsəbiləşdi ki, niyə məni aldatdılar? Belə getsə, işi pozacam. Hətta əsəbiləşdi ki, üzüyü qaytarın. 8 ay nişanlı qalandan sonra üzüyümü qaytardım. 18 yaşım tamam olanda məni götürüb qaçdılar. Amma peşman deyiləm, gözəl insandır. Atamdan sonra mənə dayaq olan ikinci insandır. 27 ildir ailə qurmuşuq, cəmi 3 gün küsülü qalmışıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/529440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR