Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanıldı -

Göygöldə polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb.

Metbuat.az APA-ya istinadən verdiyi məlumata görə, yanvarın 17-də Göygöl rayon Polis Şöbəsinin "Fiat Doblo" markalı xidməti avtomobilini zədələyən Şəmkir sakini, 49 yaşlı Talıb Bayramov saxlanılıb.

O, toy məclisində olan zaman bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbərini eşidib və sərxoş halda məclisi tərk edərək polis avtomobilinə hücum çəkib. Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən T. Bayramov müxtəlif ünvanlarda qalıb. Göygöl Rayon Polis şöbəsinin əməkdaşları onu Abşeron rayonu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR