Əkizlər Tolikdən ayrılmasından danışdı: "Onunla çalışmaq çətindir"

Əkizlər Tolikdən ayrılmasından danışdı: "Onunla çalışmaq çətindir"
20:22 27 Mart 2017
344 Şou
Ölkə mətbuatı
A- A+

Müğənnilər Sevil və Sevinc Səfərovalar prodüser Tarix Əliyevlə (Tolik) işbirliyinə son qoymalarının səbəbini açıqlayıblar.

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, əkizlər bildirib ki, aralarında heç bir inciklik olmayıb:

"Biz Toliklə işdən əvvəl dostluq etmişik. Əsas odur ki, ayrılanda da dostluğumuzu qoruyub saxlayacağıq. Qonşuyuq, bağ evlərimiz də yan-yanadır. Tolikin işləri çoxdur. Ulduz prodüserlə çalışmaq çətindir. İşbirliyinə son qoymağa birlikdə qərar verdik. Başqa prodüserlə çalışmaq istəmirik. İndi Azərbaycanda tək prodüser Tolikdir. Bir də Vaqif Gərayzadə. O da bizimlə işləyər ki? O, öz ulduzlarını təqdim edib. Prodüserlər var, amma onlar toy bazarında çalışırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/529540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR