Azərbaycanla Özbəkistan arasında memorandum imzalandı

Azərbaycanla Özbəkistan arasında memorandum imzalandı
20:48 27 Mart 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və ”Özbəkistan Dəmir Yolları” ASC arasında keçirilən görüşdə üçtərəfli memorandum imzalanıb.

Publika.az xəbər verir ki, bu barədə AZƏRTAC-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə tərəflər Azərbaycan və Özbəkistan ərazisindən əlavə həcmdə tranzit və idxal-ixrac daşımalarında maraqlı olduqlarını ifadə ediblər. Hər iki ölkənin nümayəndələri həm Avropa, həm də Orta Asiya və Əfqanıstan istiqamətində yükdaşımaların həyata keçirilməsində mövcud nəqliyyat infrastrukturundan yararlanmağın vacibliyini diqqətə çatdırıblar. Həmçinin qeyd olunan dəhlizin məhsul idxalı və ixracı üçün geniş imkanlar açacağı vurğulanıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bu istiqamətdə daşınan yüklər üçün gəmiçiliyin su nəqliyyatı vasitələrini ayırmağa hazır olduğunu bildirib. “Azərbaycan Dəmir Yollar” QSC öz növbəsində hər iki istiqamətdə daşımalar üçün optimal şərait yaratmağı öhdəsinə götürüb. Sənədə əsasən, tərəflər marşrut üzrə daşınacaq potensial yükləri də müəyyənləşdiriblər.

Görüşdə qeyd olunub ki, tərəflər marşrutun inkişafını təmin etmək üçün daimi fəaliyyət göstərən işçi qrupu yaradacaqlar. Qrupun əsas vəzifəsi yük bazarını hərtərəfli araşdırmaq, daşınma texnologiyasını öyrənmək, marketinq strategiyasını hazırlayıb reallaşdırmaq, alternativ marşrutlar və nəqliyyat vasitələri ilə bazara rəqabətədavamlı logistik məhsul çıxarmaqdan ibarət olacaq.

Logistik məhsulun təşviqi məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Özbəkistan Dəmir Yolları” ASC, həmçinin bu ölkənin aparıcı idxalçıları və ixracatçılarının iştirakı ilə aprelin 26-27-də Daşkənddə tədbir keçirilməsi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR