"Real" iki aparıcı oyunçusu ilə müqavilə yeniləyəcək

"Real" iki əsas heyət oyunçusu ilə müqavilə müddətini uzatmağa hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, Daniel Karvaxal və Marselo mövsümün sonunda kral klubu ilə yeni sazişə imza atacaqlar. Hər iki futbolçunun cari müqaviləsi 2020-ci ilin yayında bitir.

Yeni anlaşmanın şərtlərinə əsasən, Karvaxal və Marselonun müqavilə haqları 2022-ci ilə kimi "Real"a məxsus olacaq.

İspaniya mətbuatında çıxan son xəbərlərə inansaq, Kərim Benzema da yaxın vaxtlarda sazişini uzadacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR