XƏBƏRDARLIQ: Avropa suyun altında qalacaq

XƏBƏRDARLIQ: Avropa suyun altında qalacaq
22:37 27 Mart 2017
169 Maraqlı
Ölkə mətbuatı
A- A+

Beş milyon avropalı bu əsrin sonunadək daşqınlar səbəbindən evsiz qala bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avropa Komissiyasının tədqiqat mərkəzinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Alimlər xəbərdarlıq edib ki, qlobal istiləşmənin davam etməsi Şimal və Baltik dənizlərinin səviyyəsinin qalxmasına səbəb olacaq. Nəticədə Avropanın şimal sahilləri su altında qala bilər.

Qeyd edək ki, son on il ərzində Avropada bir neçə böyükmiqyaslı daşqın baş verib. 2016-cı ildə Reyn, Dunay, Sena çaylarının səviyyəsi kəskin artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/529582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR